Futbol üzrə milli komandamızın
və Türkiyənin I dəstə təmsilçisi “Karşıyaka”nın şərəfini qoruyan
Mahir Şükürov çıxış etdiyi klubdan kənarlaşdırılıb.
Korner.az-ın məlumatına görə, buna futbolçunun nizam-intizam qaydalarına əməl
etməməsi səbəb olub. Belə ki, Malta ilə görüşdən sonra komandanın düşərgəsinə
gec qoşulan müdafiəçinin bu addımı klub rəhbərliyi tərəfindən qəzəblə
qarşılanıb. Nəticədə, 32 yaşlı oyunçu komanda yoldaşları ilə birgə yox, özü
üçün fərdi məşqlər edir.
Qeyd edək ki, futbolçumuzun bu
hərəkəti onun qovulması ilə də nəticələnə bilər.
