Macarıstan boksçuları Budapeştin iki mühüm turist atraksiyonları qarşısında “Bakı-2015” I Avropa Oyunlarına dəstək olmaq üçün şəkil çəkdiriblər.
Korner.az-ın məlumatına görə, boksçular Macarıstanın “Qəhrəmanlar meydanı” və “Parlament evi”nin önündə “Bakı-2015” Avropa Oyunlarına 100 gün qalması məqsədilə toplaşıblar.
Şəkillərdə boksçular əllərində “Salam Bakı” şüarı yazılmış plakatlar tutmaqla Oyunlara dəstək nümayiş etdiriblər.