big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mənsimov: “Seçimi “Böyük beşlik” ölkələrinin aparıcı klublarında çalışan məşqçilər arasında edirik” – (MÜSAHİBƏ)

05.03.2013 , 19:26

“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi

– Rəhbərlik etdiyiniz komanda 9 illik tarixində ən böyük uğursuzluğunu yaşayaraq, ilk dəfə “altılığ”a düşə bilmədi. Buna bir klub prezidenti kimi necə izah verərdiniz?

– Düzdü, “Xəzər Lənkəran” ilk “altılıq”da yer ala bilmədi. Ancaq buna mövsümün, yaxud 9 ilin uğursuzluğu kimi baxmaq lazım deyil. Fürsətdən istifadə edərək azarkeşlərimizi – əsl azarkeşlərimizi ruhdan düşməməyə çağırıram. Ən əsası onlar bilməlidirlər ki, bu 9 il ərzində klub qazandığı bütün nailiyyətləri ancaq düzgün, rüşvətsiz, pərdə arxasında danışıqlarsız əldə edib. Hazırda komanda kubok uğrunda mübarizə aparır. İnşallah, növbəti titula sahib çıxıb, avroliqaya vəsiqə qazanacaq. Bu məqsədə çatmaq üçün komanda əlindən gələni edəcək.

– Komandanın üzləşdiyi uğursuzluqda daha çox kim məsuliyyət daşıyır: məşqçilər, futbolçular, yoxsa rəhbərlik?
– Uğursuzluqda istər inzibati heyət, istər məşqçi korpusu, istər futbolçular – vəziyyətin bu yerə çatmasında hamısının günahı var. Ancaq bunu hər kəsə eyni dərəcədə şamil etmək olmaz. Kiminsə payına 50%, digərinin payına 10% məsuliyyət düşür və buna uyğun tərəfimdən ölçü götürülür. Onu da qeyd etməyi vacib sayıram ki, uğursuzluğun səbəbini təkcə klubun daxilində görmək olmaz. Burada pərdəarxası oyunların da rolu az olmadı.

– Sizə elə gəlmir ki, son vaxtlar baş məşqçi postunda edilən dəyişiklər gec-tez belə fəsada gətirib çıxaracaqdı?
– Son bir il ərzində komandaya dəvət olunan mütəxəssislər davamlı surətdə çalışmağı bacarmadılar. Bunun səbəbi həm tələsik məşqçi seçimində olan qərarlar, həm məşqçilərin öhdəliklərinə götürdükləri vəzifələrindən gələ bilməməyidir. Məntiqi nəticə olaraq bu, klubun uğur qazanmasına mane olur. Bir kollektivin uğurlu, böyük nəticələr qazanması üçün mütləq sabitlik olmalıdır. Ancaq məşqçi məğlubiyyətləri sıralayırsa, buna çox dözmək olmaz. Halbuki, mən tərəfdən məşqçilərin hamısına istəklərinə uyğun transferlər reallaşdırmaq üçün yetərincə maliyyə vəsaiti ayrılmışdı. Ancaq bəziləri səhlənkarlığa yol verərək uzunmüddətli “transfer pəncərəsi”ni boşa verib, bütün transferləri son günlərdə tələm-tələsik, özü də aşağı səviyyədə reallaşdırdılar.

– İspaniyalı Karles Martorell Bakesin də işi qısamüddətli olandan sonra hansı nəticə çıxartdınız? Ümumiyyətlə, ispaniyalı çalışdırıcını “Rəvan”la kubok oyunlarına və “Sumqayıt”la çempionat matçına saxlayıb, istefasını sonra qəbul etmək daha məqsədəuyğun olmazdımı?
– Karles Martorell həm yaxşı məşqçi, həm də yaxşı insandır. Martorellin gedişinə səbəb onun rəhbərlik qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilməməyi idi. Görəndə ki, komanda artıq “altılığ”a düşmək şansını itirib, istefa ərizəsi yazdı ki, bəlkə bununla komandada yeni əhval-ruhiyyənin yaranmasına təkan verər.

– “Xəzər Lənkəran” həmişə qalib gəldiyi “Sumqayıt”la bu mövsüm hər 2 oyunda heç-heçə etdi, tarixində uduzmadığı komandalara yenildi. Bu, komandanızın zəifləməyindən, yoxsa rəqiblərinizin güclənməyindən xəbər verir?
– İndi demək olar 12 klubdan 9-u mükafatlar uğrunda mübarizə aparır. Bu klubların yaxşı maliyyə imkanları da var. Ona görə bu gün “altılıq” sisteminin olması – biz demişik və deyəcəyik – futbolumuzun ictimailəşməsinə, kütləviləşməsinə, təbliğinə, inkişafına aparmır.

– Üzləşdiyiniz uğursuzluqdan sonra komanda rəhbərliyində hansısa islahat aparıla bilərmi?
– Bildiyiniz kimi, komandada və ümumiyyətlə, klubda daxili nəzarəti gücləndirmək məqsədilə biz Babək Quliyevi kluba dəvət etmişik. O, həm gənc yeniyetmə və əvəzedici komandalarında, həm də təbii ki, əsas heyətə nəzarət edəcək. Mən tərəfdən ona həftəlik hesabatlar tərtib edib, diqqətimə çatdırılması tapşırığı verilib.

– İndi hamını maraqlandıran yeni baş məşqçinin kim olacağıdır. Bu yöndə hansı işlər gedir? Yerli, yoxsa əcnəbi məşqçi variantına üstünlük verəcəksiniz?
– Yeni baş məşqçi axtarışında bir sıra namizədləri nəzərdən keçiririk. Artıq 3 nəfərə təklif göndərilib. Bu məşqçilərin hər üçü çalışdırdıqları klublarda çempionluq qazanmış mütəxəssislərdi. Ümumiyyətlə, seçimi “Böyük beşlik” ölkələrinin aparıcı klublarında çalışan məşqçilər arasında edirik. Gələn məşqçi komandanı sözün əsl mənasında qaldırıb, “Xəzər Lənkəran” azarkeşinə növbəti ildə çempionluq bəxş etməlidir.

apasport.az

Son yazılar

To Top