big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mənə “Rossi” deyirdilər

13.12.2020 , 18:52

Braziliya ilə oyunda 3 qol vurmaq hər kişinin işi deyil. Bunu 1982-ci ildə dünya çempionatının qəhrəmanı italiyalı Paolo Rossi bacarıb. O mundialın ki, nümayiş olunan futbolun keyfiyyətinə görə həmişə sevgilə xatırlanır və “Castrol Index”in araşdırmasına görə, 1966-cı ildən 2006-cı ilə kimi olan dünya çempionatlarında ötürmələrin dəqiqliyinə (84 %) görə ən yüksək göstəriciyə malikdir.

Qolların sayəsində milli komandan 44 ildən sonra dünya çempionu olursa, 9 qolla ölkənin dünya çempionatlarında ən məhsuldar üç futbolçusundan birisənsə, səndən sonra komandan Braziliyaya qalib gələ bilmirsə, o zaman sən dahisən.

İki dünya çempionatının (1978, 1982) rəmzi yığmasında yer alırsansa, şöhrətin təsadüfi ola bilməz. Sonra bir mundial ərzində ehtiyat oyunçular skamyasında otursan da (1986-cı ildə, Karlo Ançelotti, Marko Tardelli kimi), bu sənin uğurlarına kölgə salmır.

UEFA-nın 2004-cü ildəki “Qızıl yubiley”i üçün Avropanın son 50 ildə ən yaxşı futbolçularını müəyyənləşdirmək məqsədilə keçirilən onlayn sorğuda Rossi 250 nəfər arasında 12-ci olur ki, bu da azarkeşlərin ona olan sevgisini göstərir.

Amma artıq 2020-ci ildə “France Football”un “Xəyalların komandası”na namizədlər siyahısında ona yer tapılmır.

…Rossi 1982-ci ildə Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top”, yəni “Ballon d’Or” mükafatını qazandığı zaman sorğuda mümkün olan 130 xaldan 115-ni (88.46%) toplamışdı. Münsiflər heyətinin 26 üzvündən yalnız ikisi onun adını anketində yazmamışdı. Öz kolleksiyamdan sorğunun nəticələrinin yer aldığı 28 dekabr 1982-ci il tarixli “France Futbol” jurnalını nəzərdən keçirərkən şotlandiyalı jurnalist Aleks Qordonun Rossiyə səs verməməsinə necə haqq qazandırdığına rast gəldim: “Bilirəm ki, dünya çempionatında 6 qol vurduğu üçün Paolo Rossi dahi futbolçu saylır. Lakin dünya çempionatının keçirildiyi ildə olsa belə, bir ildə cəmi üç oyunda uğur qazanmaq, fikrimcə, nə “Qızıl top”a layiq görülmək, nə də sorğuda ilk beşliyə düşmək üçün kifayət deyil”.

Nə etmək olar, hər kəsin öz həqiqəti var.

Ancaq Rossi böyük uğurunun təməlini hələ 70-ci illərin sonlarında qoymuşdu və bu onun “Avropada ilin ən yaxşı futbolçusu” adı uğrunda mübarizədəki nəticələrində özünü göstərmişdi: 1978-ci ildə 5-ci yer və 1979-cu ildə 6-cı yer.

Sonra o, Mişel Platini, Zbiqnev Bonek və digər ulduzlarla birlikdə futbol tarixinin ən yaxşı komandalarından biri sayılan 80-ci illərin ilk yarısının “Yuventus”unda oynadı. 1982/83 mövsümündə isə 6 qolla Avropa Çempionlar kubokunun bombardiri oldu…

“Mən əvvəlcə müdafiəçi olmaq niyyətində deyildim. Paolo Rossinin 1982-ci ilin dünya çempionatında 6 qol vurmasını izlədikdən sonra kim arxa xətdə oynamaq istəyərdi ki?”, – 2006-cı ilin dünya çempionu və “Qızıl top”un qalibi italiyalı Fabio Kannavaronun bu sözləri də Rossinin hücumçu kimi gücünü nümayiş etdirir.

Rossi özü isə belə deyirdi: “Qol – hücumçu üçün “göylərdən gələn bərəkət” kimidir. Bu sizə tamamilə yeni həyat verir”.

Mənim də Rossi ilə bağlı kiçik hekayəm var. Məktəb illərində futbol oynayanda, adım azacıq bənzədiyi üçün uşaqların mənə “Rossi” dediklərini xatırlayıram. Ancaq 1982-ci il dünya çempionatının oyunlarını izləmişəmmi? Bax, bunu xatırlamıram, onda balaca uşaq idim…

İndi futbol dünyası Paolo Rossi ilə vidalaşır. Onu canlı görməyənlər şəkil və videolardan cazibədar təbəssümü ilə xatırlayacaqlar.

Rasim Mövsümzadə

Son yazılar

To Top