Hollandiya yığmasının baş məşqçisi Lui van Qal Argentina millisinin qapıçısı Serxio Romero haqda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis DÇ-nin yarımfinalında penalti seriyasında inamlı təsir bağışlayan rəqibin qapıçısını şəxsən özü öyrətdiyini dilə gətirib:
“Penalti seriyası həmişə şansdan asılı olub. Romeronu penalti qaytarmağa özümün öyrətməyim məni çox üzür”.
Xatırladaq ki, Romero 2007-09-cu illərdə van Qalın rəhbərliyi altında Hollandiyanın “Alkmaar” klubunun qapısını qoruyub.