“Barselona”nın braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır. Bu barədə məlumatı İspaniyanın “Mundo Deportivo” nəşri yayıb.
Koutinyonun həyat yoldaşı Portuqaliya vətəndaşıdı. Cütlük artıq 3 ildi evlidi. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına yiyələnə bilər. Futbolçu Portuqaliya vətəndaşlığını alsa, “Barselona”da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq.
Belə ki, La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. “Barselona”da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə “Barsa” daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək.
