"Xəzər Lənkəran" klubu komandanın düşərgəsinə baxışa gələn xorvatiyalı qapıçı İvan Çoviç rəhbərlik tərəfindən bəyənilib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, 22 yaşlı qolkiperlə iki illik müqavilə imzalanıb.
Çoviç vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.
Dünən komandanın axşam məşqi zamanı xorvatiyalı qolkiper özünü ən yaxşı tərəfdən göstərərək məşqçi korpusunun rəğbətini qazanıb.