Ingiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Aleksandr Kolarov daha bir klubun transfer hədəfinə düşüb.
Korner.az-ın məlumatına görə, serbiyalı futbolçu ilə Münhenin “Bavariya” klubu da yaxından maraqlanır.
Artıq Münhen təmsilçisi futbolçunun meneceri ilə danışıqlara başlayıb. Lakin Kolarovun Mançesterdə qalmaq istədiyi bildirilir.