big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Klublarımızın futbol akademiyaları – ADLARI VAR, ÖZLƏRİ İSƏ YOXDUR

20.12.2015 , 09:11

Müasir futbolda futbol akademiyaları çox önəmli yer tutur. Özünə peşəkar deyən bütün klubların futbol akademiyaları var. Vacib deyil ki, bu klub dünya nəhəngi olsun. Avropada ortabab çempionatların ortabab və autsayder komandalarının çoxunun özlərinin futbol akademiyaları var. Bəs bizdə bu sahədə vəziyyət necədir?

Yalnız “Qəbələ”
2004-cü ildən etibarən Azərbaycan futboluna milyonların axını başladı, yeni-yeni imkanlı klublar yarandı. Etiraf edək ki, geridə qalan 10 ildə bir çox klub rəhbərləri futbola xeyli pul buraxdılar. Bəziləri bunu “sərmayə yatırdı” kimi qələmə verir, amma bu ifadə qətiyyən yerinə düşmür. Çünki sərmayə yatırılırsa, nəticə ortada olmalıdır. Bizdə isə xərclənən pul sərmayə funksiyasından daha çox ciblərə axan vəsait rolunu oynayır. Əgər sərmayə rolunu oynasaydı, bu gün ölkəmizdə ən azı Premyer Liqada oynayan bütün klubların bazası, Futbol Akademiyası olardı.
Diqqət yetirsək, hazırda yalnız “Qəbələ”nin sözün həqiqi mənasında Futbol Akademiyası olduğunu görərik. Yəni, klub rəhbərliyi futbolçu “istehsal etmək” üçün bina tikdirib, orada yeniyetmə futbolçuların qalması, qidalanması üçün şərait yaradılıb. Eyni zamanda futbolçuların məşq keçməsi üçün bir neçə təbii örtüklü meydança da salınıb. Düzdür, bu klubun akademiyasındakı nizam-intizam, təlim-tərbiyə haqqında heç də həmişə eyni sözləri demək olmaz. Ən azından “Qəbələ” Futbol Akademiyasının uşaqlarının intizamsız hərəkətlərini özündə əks etdirən fotolar bir neçə dəfə mətbuatda ayaq açıb. Ancaq bu, başqa söhbətin mövzusudur və bu haqda da xüsusi yazımız olacaq. 

Qalanlarının adı var, özü yox
“Qəbələ”dən sonra Premyer Liqada çıxış edən klublarımızdan heç birinin Futbol Akademiyası yoxdur. Hansısa gənc futbolçunu ortaya çıxaranda da onu məhz öz akademiyalarının yetirməsi kimi təqdim edirlər. Bu üzdən çoxları “akademiyamız var” deyirlər. Bu, kökündən yanlış yanaşmadır. Akademiya anlayışı başqadır, aşağı yaş qruplarından ibarət komanda başqa. 
Son çempion “Qarabağ” bu yaxınlarda Suraxanıda gözəl baza tikib istifadəyə verdi. Ancaq klubun Futbol Akademiyasının ayrıca binası yoxdur. “Neftçi”ni ölkə futbolunun “flaqman”ı adlandırırıq. Ancaq bu necə “flaqman”dır ki, nəinki akademiya, heç klubun əsas komandasının düz-əməlli bazası yoxdur. Nobel prospektindəki köhnə iki mərtəbəli inzibati bina ilə natamam ölçülü bir meydança ilə baza olmaz. Bu yaxınlarda rəhbərlik klubun balansında olan İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu sökməyə qərar verdi. Deylənə görə, burada komandalar üçün yeni, müasir baza tikiləcək. Ümid edirik ki, həmin bazada akademiya üçün də bina inşa etdirmək nəzərdə tutulub.
“İnter” ilk baxışdan kənardan  peşəkar klub təsiri bağışlayır. Ən azı stadionu, bazası var. Ancaq bu klubun da akademiya üçün binası yoxdur. Aşağı yaş qruplarından ibarət komandaların futbolçuları isə süni örtüklü meydançalarda olan-qalan sağlamlıqlarını da itirirlər. Bundan başqa “İnter”in maliyyə vəziyyəti hamıya məlumdur. Məhz bu üzdən kiçik yaşlı futbolçular hazırda əziyyət çəkirlər. Onların idman forması bir yana, adi topla təmin olunması əməlli-başlı müşkülə çevrilib. Sağ olsun valideynlər. Onların hesabına hələlik problemlər müəyyən qədər yoluna qoyulur.
Son illərə qədər ölkənin ən imkanlı klublarından olan “Xəzər Lənkəran”ın da Futbol Akademiyası yoxdur. Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov burada çalışdığı dönəmdə bir dəfə bu məsələni gündəmə gətirmişdi. Hətta şəxsən özü akademiyanın binasının tikilməsi və yanında məşq meydançalarının salınması üçün yer də məsləhət görmüşdü. Təəssüf ki, Miracavadovun təklifi elə təklif olaraq qaldı. 
Digərlərinə gəlincə, “Kəpəz”in heç özü məşq eləməyə meydança tapmır, qaldı ki, akademiyası ola. “Zirə”, AZAL, “Rəvan” və “Sumqayıt”da da aşağı yaş qruplarından ibarət komandaları akademiya adlandırmaqla özlərinə təskinlik verirlər. Hərəsinin süni örtüklü bir meydançası var, orada da əsas komandadan tutmuş, U-9 komandasına kimi bütün futbolçular məşq edirlər. Belə akademiya olmur axı, cənablar! Akademiya deyilən məkan ən azı 3 mərtəbədən ibarət bina olmalıdır. Orada uşaqların qalmasından, qidalanmasından, məşq etməsindən tutmuş, təhsil almalarına qədər hər şeylə təmin olunmalıdır. Məsələn, son zamanlara kimi “Bakı” klubunu bunu edirdi. Hazırda I Divizionda çıxış edən bu klub Premyer Liqada oynayanda ən ümunəvi iki akademiyadan birinə sahib idi. Hafiz Məmmədov “yaxşı” vaxtında böyük Futbol Akademiyası tikmişdi. Hansı ki, Azərbaycanın dörd bir yanından seçilən ən istedadlı futbolçular ora cəlb edilirdilər, qalmaq üçün yerlə, yemək üçün qida ilə təmin olunurdular. Hətta ən istedadlılarına ayda cüzi olsa da maaş da verilirdi. Təəssüf ki, maddi sıxıntı ucbatından hazırda “Bakı” Futbol Akademiyası əvvəlki formada fəaliyyət göstərə bilmir. 
Bir daha deyirik ki, akademiya anlayışı bizim klubların dərk etdiyi kimi deyil. Özünü peşəkar hesab edən klub məhz bizim sadaladığımız infrastruktura sahib olandan sonra özünə peşəkar klub deyib akademiya sahibi olduğu ilə fəxr edə bilər. 
Bu arada futbolumuza milyonların axdığı son 10 ildə klublarımızın bir nəfər də olsun Avropa səviyyəli futbolçu yetişdirə bilməməsi təəssüf doğurur. Deməli, işlər düzgün qurulmayıb, akademiyalara rəhbərlik edənlər işlərinə peşəkar yanaşmayıblar. İngilisləri, almanları, hollandları futbolumuza calaq etməklə Avropada oynayacaq səviyyədə futbolçu yetişdirmək mümkün deyil. 
Akademiyalardan bəhs edərkən AFFA-nın Futbol Akademiyasını da qeyd etmək lazımdır. İnsaf naminə deyək ki, UEFA və AFFA-nın maliyyə vəsaiti hesabına inşa olunmuş bu akademiyada müasir tələblərə cavab verən şərait var. Məsələn, eyni vaxtda 27 nəfərdən ibarət komanda burada məskunlaşa bilər. Akademiyada 12 yataq otağı, müasir texniki avadanlıqlarla təchiz olunmuş konfrans zalı, yüksək sürətli internetə qoşulmağa imkan verən kompüterlərlə təchiz olunmuş kompüter otağı, həkim otağı, massaj otağı, fitness zalı, üzgüçülük hovuzu, sauna var. Burada təhsil alacaq uşaqların və təlim-məşq toplanışı keçirəcək yığma komandaların üzvlərinin fiziki hazırlığının yüksəldilməsi üçün fitness zalında ən müasir trenajor alətləri quraşdırılıb. Bir sözlə, Futbol Akademiyasında gənc futbolçuların hazırlanması üçün yüksək səviyyəli şərait yaradılıb. Ancaq…
Yuxarıda klublara aid etdiyimiz problem federasiyada da var. Vəsait xərclənib, akademiya tikilib, amma illərdi fəaliyyət göstərsə də, ortada nəticə yoxdur. Deməli, şərait olsa da, peşəkar mütəxəssis yoxdur. Bu arada AFFA-nın Futbol Akademiyasının ən böyük nöqsanı onun məşq meydançasının olmamasıdır. Bir sözlə, bizdə adı olub özü olmayan futbol akademiyalarının fəaliyyəti bu cürdü. Bəs, digər ölkələrdə vəziyyət necədir? 

Baxaq, öyrənək və tətbiq edək
Təbii ki, bizimlə müqayisədə Avropanın futbol akademiyaları daha məşhur və infrastruktur baxımından daha yüksək səviyyədədir. Məsələn, “Barselona”nın Futbol Akademiyası bütün dünyada nümunəvidir. Bu akademiyanın yetirmələri bir çox hallarda elə Kataloniya klubunun şərəfini qoruyurlar və ya parlayıb dünya futboluna çıxırlar. Buna ən bariz misal kimi, Leonel Messini göstərmək olar. Argentinalı ulduz ilk dəfə məhz “Barselona”nın futbol seleksionerləri tərəfindən kəşf edilmiş və hələ 13 yaşında olarkən İspaniyaya gətirilmişdi. Burada “Barselona”nın Futbol Akademiyasında təhsil almış və sonradan bu klubun əsas heyətində möhkəmlənərək bütün dünyaya səs salmışdı. Bundan başqa, Xavi, İnyesta, Puyol kimi futbolçular da “Barselona”nın öz akademiyanın yetirmələri sayılır. 
Dünya futboluna sırf futbol akademiyası kimi tanınan bir mərkəz var ki, bu da “Ayaks”ın Futbol Akademiyasıdır. Təsadüfi deyil ki, hansısa futbol modelindən söz düşərkən ilk ağla gələn də “Ayaks” modeli” olur. Bu klubun akademiyası demək olar ki, Avrpopada ən çox istedadlı futbolçu ixrac edən klub akademiyası sayılır. Hazırda bir çox dünya ölkələrində uşaq futbolunun inkişafı ilə bağlı proqramlar qəbul edəndə, yaxud bu sahədə infrastruktur quranda ilk növbədə “Ayaks”ın Futbol Akademiyasının fəaliyyəti araşdırılır. Futbol akademiyaları həm də orta məktəb funksiyasını yerinə yetirir. Yəni, istedadlı, futbol oynamağı bacaran azyaşlı futbolçulara yalnız futbolun sirləri öyrədilmir. Onlara həm də orta məktəb fənnləri tədris olunur və təhsil verilir. Qeyd edək ki, Avropada təhsil, uşaqların savadlı yetişməsi də proeritet məqsəd kimi qarşıya qoyulub. Başqa sözlə, onlar tək güclü futbolçu yox, eyni zamanda həm də layiqli vətəndaş yetişdirirlər. Akademiyada oxuduqları müddətdə, futbolçuların bütün tələbatları artıqlaması ilə ödənilir. Onların yaşayış səviyyəsi, qidalanması yüksək səviyyədə təmin olunur. Eyni zamanda bu akademiyalarda yüksək nizam-intizam hökm sürür. “Barselona” Futbol Akademiyasının 1 günlük qrafikinə nəzər salsaq, hardasa hərbi rejimə bənzədiyini görərik. Sadəcə əsgərlərdən fərqli olaraq uşaqlar bir qədər sərbəst dincləmək hüququna malikdirlər. Bu arada maraq üçün bir məqamı da diqqətinizə çatdırmaq istərdik. Belə ki, istər dərsə, istərsə də məşqə gedərkən, hansısa uşaq servisə 1 dəqiqə belə gecikərsə, servis onsuz yola düşəcək. Gecikən uşaq həmin günü dərsdən, yaxud məşqdən kənar qalacaq. Və ya, təhsildə “axsayan” futbolçu nə qədər istedadlı olsa belə, nəinki məşqlərdən, hətta akademiyadan xaric edilə bilər. Bunun özü də sübut edir ki, Avropada tək futbolçu yox, həm də vətəndaş yetişdirirlər. Daha bizim “futbol akademiyaları”nda olduğu kimi valideynlərə övladının təhsil məsələsini “həll edəcəkləri” barədə söz vermirlər.

Anar XANLAROV
“Het-trik news” qəzeti

Son yazılar

To Top