Almaniya millisinin 36 yaşlı təcrübəli hücumçusu Miroslav Kloze daha bir rekord qıra bilər.
Korner.az xəbər verir ki, “Latsio”lu futbolçu Braziliya qarşısında forma geyərsə, Almaniya millisində 4 yarımfinal oynamış yeganə futbolçu olaraq tarixə keçmiş olacaq.
Qeyd edək ki, Kloze bundan əvvəl mundialdakı 15-ci qoluna imza ataraq “fenomen” Ronaldonun rekorduna ortaq olmuşdu.
