Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü olan Nuran Qurbanov karyerasını Sloveniyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, söhbət “Zavrç” klubundan gedir.
Hazırda tərəflər arasında danışıqlar davam edir. 20 yaşlı futbolçunun bu komandaya keçib-keçməyəcəyi tezliklə müəyyənləşəcək.