Klopp Premyer Liqanın tarixinə düşdü
26.06.2020 , 18:54
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın tarixinə düşüb.
Korner.az xəbər verir ki, 53 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında çempion olan ilk alman baş məşqçidir.
Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır.
Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirərək 30 illik həsrətə son qoyub.