Ağır çəkili peşəkar boksçular üzrə dünya çempionu Vladimir Kliçko karyerasını başa vurub.
41 yaşlı ukraynalı idmançı bunu özünün “Youtube” kanalındakı səhifəsində açıqlayıb. O bildirib ki, boksla birdəfəlik vidalaşmır, bu sahədə fəaliyyətini davam etdirəcək.
Peşəkar karyerasında Kliçko 64 qələbə qazanıb (53-nü mokautla), 5-də uduzub. O, WBO, IBF, IBO və WBA versiyaları qızıl kəmərin sahibi olub