“Keşlə” kapitanı ilə yolları ayırdı – Rəsmi
22.06.2020 , 16:42
“Keşlə” kapitanı Slavik Alxasovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun “Facebook” səhifəsi məlumat yayıb.
29 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında yenilənməyib.
Qeyd edək ki, Slavik Alxasov 2016-cı ildən “Keşlə”də çıxış edib. Paytaxt təmsilçisi Cabir Əmirli və Ruslan Qurbanovla da yollarını ayırıb.