Ardıcıl 9-cu çempionluq
22.06.2020 , 17:15

Bolqarıstanda 2019/20 mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, “Ludoqorets” XXVII turda doğma meydanda “Beroe” ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Bununla da komanda xallarının sayını 65-ə çatdıraraq mövsümün başa çatmasına 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Bu, Razqard klubunun ardıcıl 9-cu çempionluğudu.
