Ko’divuarlı futbolçu Abdulkader Keita Fransa çempionatında çıxış edə bilər.
Korner.az-ın məlumatına görə, keçən mövsüm heç bir klubda çıxış etməyən 32 yaşlı futbolçu Fransanın “Ayaçço” klubunda çıxış edə bilər.
Afrikalı sağ cinah yarımmüdafiəçisinin yaxın günlərdə fransız klubu ilə 1 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Keita daha öncə Türkiyənin “Qalatasaray” klubunda çıxış edib və 8 milyon avro qarşılığında Qətərin “Əl-Sədd” klubuna transfer olunmuşdu.
