“Arsenal”ın heyətində forma geyinmiş Emanuel Adebayor karyerasını digər London klubu “Çelsi”də davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri “The Telegraph” yayıb
Mənbədə deyilir ki, toqolu hücumçu “zadəganlar”ın heyətinə Radamel Falkaonun əvəzinə qoşulacaq.
Afrikalı forvard son klubu “Tottenhem”də 59 oyun keçirib və 18 dəfə fərqlənməyi bacarıb