big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Kaxaber Sxdadze: “Biz qalib gəlməliyik, sonrası görünəcək” – (MÜSAHİBƏ)

04.04.2013 , 12:11

“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin klubunun rəsmi saytına müsahibəsi
 
– “Neftçi” ilə oyundan sonda mətbuat konfransında dediniz ki, məhz Julius Vobayın ustalığı matçın taleyini həll etdi…
 – O, çox ustalıqla yerinə yetirdiyi cərimə zərbəsi ilə komandasına qələbə qazandırdı. Əlbəttə, Vobayın fərdi oyun keyfiyyətləri yüksəkdir və vurduğu qol da bunun nəticəsidir. Oyun hər 2 komanda üçün çox ağır idi. Çünki meydanda bir-biri ilə təmas yüksək idi. Meydanda boşluq çox az idi. Buna görə də oyunda az qol imkanları vardı. Daha çox heç-heçəlik oyun idi. Belə matçlarda adətən 1 qol mübarizənin taleyini həll edir. Biz rəqibi çox şeydə üstələyirdik. Ancaq onu da demək lazımdır ki, “Neftçi” son 15 dəqiqədə azlıqda oynayırdı. Hərəkət, sürət yaxşı idi və prinsipcə, maraqlı oyun idi. Təəssüf ki, uduzduq. Ancaq “Neftçi”yə səfərdə yenildiyimiz oyunla müqayisədə yerlə göy qədər fərq vardı. Bu dəfə komandamız çox yaxşı təsir bağışlayırdı və mən razı qaldım. Ancaq nəticədən yox.
 
 – Oyundan razı qaldığınızı dediniz ki, sizi başa düşmək olar…
 Mən sözünüzü kəsib onu qeyd edim ki, oyunun bəzi komponentlərdən razı qaldım. Əlbəttə, bütün oyundan razı qalmaq olmaz. Çünki matçda uduzmusan. Sadəcə, 0:2 hesabı ilə məğlub olduğumuz matçla müqayisədə çox oyun komponentlərini yaxşılaşdırmışıq.
 
– Əgər məsələyə detallı yanaşsaq, “İnter”ə qələbə üçün nə çatmadı?
 Son zərbəni vurmaq üçün soyuqqanlılıq. Biz oyunu təhlil edirdik Əvəzləmələrimə baxın, meydana çıxan Daniel Genov 4 dəfə qapıya zərbə vurdu ki, bu da artıq yaxşı göstəricidir. Ona soyuqqanlılıq çatmadı. Daniel 2 zərbəsi cərimə meydanının xəttindən vurdu. Səhər məşqdə həmin yerdən qapıya vurduğu 10 zərbədən 8-i dəqiq oldu. Bu zaman Vobay kimi soyuqqanlılıq, ustalıq səviyyəsi lazımdır. Həmişə zərbəni vuranda bunu inamla etməlisən. Bu həlledici zərbə, ötürmə olanda çox vacibdir. 
 
– Bu matçda Leandro Roşa ilk dəfə meydana çıxdı. İbrahima Niasseyə isə başqa mövqe – müdafiənin mərkəzində oynamaq tapşırıldı ki, o, Vladimir Levinlə zədəli Valeri Abramizdeni əvəzləyirdi. Bu futbolçuların oyunundan razı qaldınızmı?
 – Hanı qeyd etdi ki, Niasse taktiki planda çox ağıllı futbolçudur. O, bizim verdiyimiz vəzifələri çox yaxşı yerinə yetirdi. Fikrimcə, İbraima matçda ən yaxşı futbolçularımızdan idi və mən onun oyunundan çox razıyam. O, yaxşı müdafiə olunur, vaxtında rəqibə doğru hərəkət edirdi, hücumameylli futbolçulara topu rahat qəbul etməyə imkan vermirdi. Gördünüyüz kimi, buraxdığımız əks-hücumu nəzərə almasaq, Nikolas Kanalesi tam zərərsizləşdirdik. Niasse hücumları çox yaxşı başlaya bilir. Onun ötürmə verməyi, topla davranmağı çox yüksəkdir. Leoya gəlincə, komandanı oyuna hazırlayanda 2 variant vardı. Ya Genov başlayıb, Roşanı sonradan meydana buraxmalı idik, ya da əksinə. Biz ikinci variantı qərara aldıq. Biz Leoya start heyətində yer verməklə ona əlavə motivasiya verdik. Bir tərəfdən, indi hesab edirik, onu ilk dəqiqələrdən meydana buraxmağımız səhv ola bilər. Ancaq digər tərəfdən, Daniel ikinci hissədə çox yaxşı meydana daxil oldu. Yəni ikili hisslər var. Yəqin ki, “Neftçi”nin yorğunluğu zamanı Roşanı meydana buraxmaqla daha çox fayda görə bilərdik. 
 
– “İnter” XXV turda “Bakı” ilə oynayacaq. Matça hazırlıq necə gedir?
 – Planlaşdırdığımız kimi. “Neftçi” ilə oyundan sonra bərpa prosesimiz oldu. 1 günlük istirahətdən sonra məşqlərə başladıq. Hər şey normaldır. Biz futbolçularla söhbətləşib, “Neftçi” ilə oyunu təhlil etdik. Çətin oyun olacaq. “Altılıq” oyunları həmişə ağırdır. Çünki burda medallara iddialı olan komandalar oynayır və hər xal qızıla bərabərdir. Çox vacibdir ki, məğlubiyyətdən sonra uğurlu çıxış edək. “Bakı” sıx oynayan komandadır, çox az qol buraxır. Müdafiəyə tez gələrək, komandalara demək olar əks-hücumlar etməyə imkan vermirlər. Rəqib böyük qüvvə ilə müdafiə olunur. Onların hücum xəttində yaxşı futbolçular çoxdur: Elvin Məmmədov, Aleksandr Şoliç, Marius Pena. Sonuncu Azərbaycan çempionatına çox yaxşı daxil oldu. Demək olar hər oyunda qol vurur. Buna görə həmişə olduğu çətin olacaq. Biz yaxşı nəticəyə ümid edirik. 
 
– “Neftçi” “İnter”i yenəndən sonra onu 4 xal qabaqlayır. Sizcə, bunu qalan 8 turda aradan qaldırmaq olar?
 – Bizə öz xallarımız toplamaq lazımdır. Rəqiblərin nəticələrinə baxmamalıyıq. “Altılıq”da bütün oyunlar çətindir. Hamısının oyunları eyni səviyyədədir. Əlbəttə, xallar çox itiriləcək. 8 oyun çoxdur. Hələ öz aramızda oynamalıyıq. Biz qalib gəlməliyik, sonrası görünəcək.

Son yazılar

To Top