"Yeni il öncəsi bir futbol tamaşasını izlədiniz. Həqiqətən meydanda əsl mübarizə getdi".
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" komandasının baş məşqçisi kaxabar Sxadadze Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "Neftçi"-"İnter" oyunundan sonra bildirib.
Gürcüstanlı mütəxəssis daha sonra bunları dedi:
"Futbolçularımın "Neftçi"yə qarşı sindromu var. Oyundan əvvəl klubumuzun prezidenti məni öz yanına çağırdı və iradını bildirdi ki, "İnter" baxımlıı futbol nümayiş etdirmir. Bu gün biz ən yaxşı futbolumuzu oynadıq. Topun qapıya girməməsinə inana bilmirəm. Rəqib komandanın qapıçısı əla oynadı".