Uruqvaylı hücumçu Edison Kavani komanda yoldaşı Luiz Suaresi müdafiə edib.
Korner.az xəbər verir ki, ulduz futbolçu açıqlamasında: “Çiellinini dişlədiyi üçün Suares cəzalandırılmalıydı doğrudur. Amma FİFA haqsızlıq etdi. Cəza çox ağır oldu” deyib.
Qeyd edək ki, Suares “Liverpul”dan “Barselona”ya 88 milyon avro qarşılığında transfer olsa da, cəzası səbəbi ilə noyabrın 26-na qədər məşqə də çıxa bilməyəcək.