İspaniyanın nüfuzlu qəzetlərindən olan "Marca" "İlin ilk mövsümündə "Real"ın ən yaxşı oyunçusu kim olub?" mövzusunda sorğu keçirib.
Korner.az-ın məlumatına görə, azarkeşlər qolkiper İker Kasilyasın, müdafiəçi Serxio Ramos və hücumçu Kriştianu Ronaldonun adını çəkib.
Sorğuda ümumilikdə 30 min nəfərədək respondent iştirak edib. Komandanın kapitanı və müdafiəçi oyunçu hərəsi 6900 səs yığıb. Portuqaliyalı isə 6600 səslə kifayətlənib.
Qeyd edək ki, Xabi Alonso, Xose Kalyexon, Mesut Özil və Kərim Benzema da yaxşılar sırasında olub.