“Real”ın baş məşqçisi Karlo Ançelloti “Mançester Siti”nin maraq dairəsindədir.
Korner.az-ın məlumatına görə, “Mançester Siti” klubunun rəhbərliyi Ançelotti ilə yanaşı Xosep Qvardiola və klubun əvəzedici heyətinin çalışdırıcısı Patrik Vieyranın da namizədliyini gözdən keçirir.
Karlo Ançelotti “Real”la müqaviləsini hələ də təzələməyib. İndiki müqaviləs isə 2016-cı ilin yayında sona çatır.
Qeyd edək ki, bir müddət əvvəl “Mançester Siti”nin İngiltərə çempionatında və ya Çempionlar Liqasında qalib olmayacağı halda, Manuel Pelleqrininin mövsümün sonunda istefa göndərliləcəyi məlum olub.
