“Bu gün qələbə qazanmaqla çempion ola bilərdik. Ancaq qələbə qismətimizdə deyilmiş”.
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilmiş \”Neftçi\” – \”Simurq\” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev qələbə qazana bilməmələrində Kanalesin yoxluğunun da rol oynadığını bildirib: “Sona iki oyun qalıb. Bizim cəmi 1 xala ehtiyacımız var. Kanalesin yoxluğu öz sözünü dedi”.