Türkiyə PTT I Liqasında II turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” dünən doğma meydanda “Şanlıurfaspor”u qəbul edib.
Futbolçumuzun komandası bu matçdan 1:0 hesabı ilə qalib ayrılaraq mövsümün ilk 3 xalını qazanıb. Ağayev bu matçda 90 dəqiqə meydanda olub.