"Kəpəz"in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi rəsmiləşib.
Korner.az-ın məlumatına görə, Mehman Hacıyev bu vəzifədə Xaliq Mərdanovu əvəzləyib. O, buna kimi əsas komandada çalışırdı.
Mehman Hacıyev klubda əvəzedicilərdən ibarət komanda yaradılan ilk gündən məhz heyətin başında olub. Ötən yay isə o, əsas komandaya dəvət almışdı. Məşqçinin qarşısında duran əsas məsələ "Kəpəz" üçün layiqli ehtiyat qüvvə yetişdirmək, bacarıqlı və istedadlı futbolçuları tapıb üzə çıxarmaqdı.