İstanbul klubu Portuqaliyadan futbolçu gətirir
03.04.2024 , 22:41

“Beşiktaş”ın daha bir transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fernando Santos əvvəlcə müdafiə zonasını gücləndirmək istəyir.
Klub axtardığı adı Portuqaliyada tapıb.
“Beşiktaş”ın transfer gündəmində “Sportinq”də çıxış edən 33 yaşlı Sebastyan Koutsun olduğu iddia edilib.
33 yaşlı müdafiəçinin klubu daha bir il müqaviləsi var. Təcrübəli müdafiəçi ilə danışıqlara başlanıldığı bildirilir.
Bu mövsüm “Sportinq”in heyətində 25 rəsmi oyuna çıxan Sebastyan Kouts bu matçlarda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mina Musayeva
