İsrafilovun komandası yenə məğlub oldu
07.02.2021 , 11:31
İspaniya II Liqasında XXIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Malyorka”ya uduzub – 0:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.
“Albasete” hazırda 24 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.