İsrafilovlu “Albasete” yenə məğlub oldu
15.02.2021 , 20:17
İspaniya Sequndasında XXV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Leqanes”lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” 24 xalla 22 komanda arasında 20-cidi.