İsrafilovlu “Albasete” yenə məğlub oldu
07.12.2020 , 17:24
İspaniya II Liqasında XVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” doğma meydanda “Jirona”ya uduzub – 0:2.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
“Albasete” hazırda 11 xalla 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.