İsrafilov üçün 90 dəqiqə və 1 xal
22.06.2020 , 17:31
İspaniya II Liqasında 34-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Hueska” ilə heç-heçə edib – 2:2.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” hazırda 39 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.