big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“İnter”in rekordları

09.11.2012 , 07:33

“İnter” ölkə çempionatında 11 oyuna əsasən statistik göstəricilərini açıqlayıb.

Korner.az-ın məlumatına görə, bu matçlarda 20 xal toplayan və hazırda turnir cədvəlində 1-ci yerdə qərarlaşan komanda bir sıra rekordlarla yadda qalıb.

Xallar

Kaxaber Sxadadzenin yetirmələri 5 oyun doğma meydançada, 6 qarşılaşmanısa səfərdə keçiriblər. Ev oyunlarında “İnter” 11 xal toplamağı bacarıb – 3 qələbə və 2 heç-heçə. Səfər qarşılaşmalarında komanda 9 xal toplayıb – 2 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət. Məğlubiyyətlərin sayına görə “İnter” mövsümün lideridir, komanda hamıdan az məğlub olub – cəmi 1 dəfə yenilib (“Qəbələ” – “İnter” 1:0).

Toplar

11 qarşılaşmada “bankirlər” 11 qol vurub (orta hesabla 1 oyuna 1 qol) və cəmi 5 qol buraxıb (orta hesabla 1 oyuna 0,45 qol). Buraxılan qolların sayına görə “İnter” mövsümün ən yaxşı komandasıdır. 11 vurulmuş qoldan 6-sını ev oyununda vuran Kaxaber Sxadadzenin yetirmələri 5 dəfə səfərdə fərqləniblər. Buraxılmış 5 topdan 2-si ev oyunlarının payına düşür və 3 qol isə səfər matçlarında qeydə alınıb.

Oyunçular

Kaxaber Sxadadze 11 matçda 23 futbolçunun xidmətlərindən istifadə edib. Meydançada hamıdan daha çox Vladimir Levin və Slavço Georgiyevski olublar. Hər iki futbolçu əvəzlənmədən 11 matçı başa vurublar – 990 dəqiqə. Bryus Abdulaye 956 dəqiqə, yarımmüdafiəçi Asif Məmmədov 888 dəqiqə, Arif Daşdəmirov isə 741 dəqiqə meydançada mübarizə aparıb. Hamıdan az meydançada “Kəpəz”lə oyunda 16 dəqiqə oynamış gənc forvard Ramil Mansurov olub.

Bombardirlər

“İnter”in ən yaxşı bombardiri 3 qolla Baçana Sxadadzedir. 2 qolu İbrahima Niasse vurub. Georgi Adamiya, Vladimir Levin, Slavço Georgiyevski və Cako Arafatın aktivində 1 qol var. “İnter”in daha bir qolu “Qarabağ”ın müdafiəçisi Admir Telin avtoqolu nəticəsində qeydə alınıb.

Ən yaxşı assitentlər

Komandanın ən yaxşı assistenti 4 qol ötürməsilə fərqlənən Asif Məmmədovdur. Maraqlıdır ki, 1 qol ötürməsini hesabına qapıçı Revaz Tevdoradze yazmağa müvəffəq olub. Gürcüstanlı legioner “Rəvan”la matçda Baçana Sxadadzeyə uğurlu assistentlik edib. Dəqiq ötürmələr etməkdə Abdulla Abasiyev, Daniel Genov, Nizami Hacıyev, İbrahima Niasse və Baçana Sxadadze də fərqlənə biliblər.

Hesablar

Bu mövsüm “İnter”in ən populyar hesabı “0:0” və “1:0”dır. 11 matçın 3-ü bu hesabla başa çatıb. Bununla yanaşı, komanda 2 dəfə minimal hesabla qalib gəlib və 1 dəfə analoji hesabla məğlub olub. Ən çox qol “Turan”la səfər oyununda qeydə alınıb. Bu görüşdə “İnter” 2:3 hesabı ilə qalib gəlib.

Seriyalar

Bu mövsümdə “İnter” özü üçün rekordlar seriyası da yazıb. Belə ki, komanda 66 gün ərzində qol buraxmayıb. “İnter”in qapısı 561 dəqiqə toxunulmaz qalıb. Qolsuzluq seriyasına 11-ci tur çərçivəsində keçirilmiş “İnter” – “Kəpəz” oyununda fərqlənmiş Elxan Əzizov son qoya bilib. Ancaq bu seriya dayansa da, komanda daha bir nəticəni yaxşılaşdırıb. Belə ki, “İnter”in mövsümdə artıq 9 oyun ( 6 qələbə və 3 heç-heçə) təşkil edən məğlubiyyətsizlik seriyası davam edir. Kaxaber Sxadadzenin yetirmələri cəmi bir dəfə məğlub olublar və həmin gündən artıq 89 gün ötür.

Son yazılar

To Top