Premyer Liqanın XVIII turundan sonra istirahətə çıxan “İnter” yanvarın 5-də toplaşacaq.
Korner.az-ın məlumatına görə, bank klubu yanvarın 5-də toplaşacaq.
Bir həftə Bakıda məşq edəcək “İnter” sonra Türkiyəyə yola düşəcək. Kaxaber Tsxadadze yetirmələrini Antalya toplanışı zamanı 5 yoxlama oyununda sınayacaq. Rəqiblərin kimliyi hələlik bəlli deyil.
