"İnter" klubu "DÇ-2014"ün seçmə mərhələsinin oyunlarıyla əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda oktyabrın 13-də “Şəfa” stadionunda “Qarabağ”la qarşılaşacaq. Oyun saat 18:00-da baş tutacaq.
Qeyd edək ki, “İnter” Azərbaycan milli komandasının sərəncamına 3 futbolçu göndərib-Vladimir Levin, Nizami Hacıyev və Ruslan Əmircanov. Abdulla Abasıyev isə gənclərdən ibarət milli komandaya dəvət edilib.
