big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“İnter” Nizami Hacıyevin “Poqon”a keçidinə əngəl törədir? – (Açıqlama)

21.12.2012 , 09:54

Artıq xeyli müddətdi ki, futbol üzrə Azərbaycan yığmasının və "İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin Polşanın "Poqon” klubuna keçəcəyinə dair söhbətlər dolaşır.

Korner.az-ın məlumatına görə, hətta futbolçu özü də gələn ilin yanvar ayında yeni komandasıyla müqavilə bağlamağa gedəcəyini açıqlayıb.

Amma əldə etdiyimiz son məlumatlara görə, danışıqlarda problem yaranıb. Məsələ burasındadı ki, "İnter”in Hacıyevi Polşa klubuna təmənnasız buraxacağı bildirilsə də, indi məlum olub ki, "bankirlər” futbolçusunun transferinə görə pul istəyir. Çünki yarımmüdafiəçinin Bakı klubuyla müqaviləsinin müddəti 2013-cü ilin may ayında bitəcək.

Bunu "İnter”in prezidenti Georgi Nikolov da təsdiqləyib: "Burda xüsusi problem yoxdu. Sadəcə, biz öz pulumuzu tələb edirik. Prinsipcə, istənilən digər klub da bizim kimi hərəkət edərdi. Müqavilə bağladığın futbolçunu necə başqa kluba təmənnasız buraxmaq olar? Hacıyev yığmanın futbolçusudu. O, bizim özümüzə də lazımdı. Əgər Polşa klubuyla danışıbsa, biz bunun əleyhinə deyilik. Müqaviləni ləğv etmək üçün lazım olan pulu ödəsinlər, alsınlar”.

Nikolov onu da bəyan edib ki, onlar heç də polşalılardan çox pul istəmirlər. "İnter” 100-150 min dollar tələb edir. Amma əsas problem də ondadı ki, "Poqon” Hacıyevə görə heç bir dollar da ödəmək istəmir. Onlar sadəcə futbolçunun özünə pul verməyə razıdılar. "İnter”in tələb etdiyini transfer haqqını isə ödəmək istəmirlər.

"Biz indi Polşa klubunun qərarını gözləyirik. Hacıyevi də başa düşürük. Amma müasir futbolda heç kim futbolçusunu havayı buraxmır”.

Nikolov onu da bəyan edib ki, "İnter” maydan sonra Hacıyevə yeni müqavilə təklif etməyə də hazırdı.

fcinter-az.

Son yazılar

To Top