Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “İnter” – “Mladost” oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Qarşılaşma “CBC Sport” kanalında birbaşa nümayiş etdiriləcək.
Komandalar arasında Seribayada keçiriləcək matçın teleyayım məsələsi hələlik bəlli deyil.
Qeyd edək ki, iyulun 6-da “Dalğa Arena”da keçiriləcək “İnter” – “Mladost” oyunu saat 21:00-da başlayacaq.
