Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “İnter” – “Mariehamn” matçı “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Korner.az-ın telekanalın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, futbolsevərlər “Bayıl Arena”da baş tutacaq oyunu saat 21:00-dan etibarən canlı izləyə biləcəklər.
Qeyd edək ki, “İnter” – “Mariehamn” matçı iyulun 4-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada keçiriləcək.
