“Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı”.
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyar Liqasının 3-cü turu çərçivəsində keçirlmiş “İnter” – “Sumqayıt” matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcü çalışdırıcı bildirib ki, komandasının topu saxlamasında müəyyən problemlər olub: “Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz var. “Xəzər Lənkəran”la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq”.
