Sabah Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində "İnter" səfərdə "Turan"la klubuyla qarşılaşacaq. Korner.az– ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün səhər saatlarında "İnter" təyyarəylə Gəncəyə gedib, daha sonra isə komanda avtobusla Tovuza yola düşüb.
"İnter" artıq Tovuzdadı, komanda "Ayan Palas" otelində məskunlaşıb. Bir neçə saatdan sonra Kaxaber Tsxadadzenin yetirmələri oyunöncəsi məşqə çıxacaqlar.
