big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İnter Arena”dakı biabırçılığa rəsmi münasibət

10.07.2015 , 18:47

“İnter” bütün çətinliklərə rəğmən,  UEFA Avropa Liqasının I turunda Albaniyanın “Laçi” komandasını iki oyunun nəticəsinə əsasən (səfərdə 1-1, Bakıda 0-0) mübarizədən kənarlaşdırmaqla hər birimizə sevinc yaşatdı. “Bankirlər” artıq ardıcıl 4-cü dəfədir ki, analoji uğura imza atır. Bu öz yerində, amma Bakıdakı oyunda – “İnter Arena”  da yaşanan bəzi məqamlar ümumi ab-havaya kölgə saldı. Oyunu izləməyə gələn azarkeşlər və media nümayəndələri mənimlə razılaşar ki, təşkilatçılıq baxımından ciddi nöqsanlar var idi. Düzdür, “İnter”də maliyyə problemlərinin olduğu qabaqcadan məlum idi, amma vəziyyətin bu qədər çətin olduğunu təxmin etmirdim. Belə ki, oyunu işıqlandırmağa gələn media nümayəndələrinin qeydlər apara bilməsi üçün ayrılan stollar məhdud sayda idi, birinci hissədə stadionun tablosunda vaxt göstərilməmişdi, (fasilədə bərpa olundu),  stadiondakı şərhçinin varlığı-yoxluğu bilinmirdi, simsiz internet tapmaqda çətinliklərlə üzləşdik. Adətən, klublarımızın avrokubok oyunlarının fasiləsində çay,su şirniyyat süfrəsi təşkil olunur. Lakin “İnter Arena”da bu ənənə də pozulmuşdu. Əlbəttə, biz heç kimlə durub “qarındavası”na çıxmırıq, buna heç məcbur da deyillər, vermirlər, canları sağ olsun. Amma oyunu işıqlandımaq üçün stadiona gələn jurnalistlərə heç olmasa, adi su təklif etməklə “İnter” mətbuata diqqətini nümayiş etdirmiş olardı. Necə deyərlər: “Söhbət sosiskada deyil, adam gərək “vnimatelnı” olsun”. Ən dəhşətlisi isə bu idi ki, media nümayəndələri üçün ayrılmış yerləri kənar şəxslər zəbt etmişdi, bu səbəbdən mən də daxil olmaqla bir neçə idman jurnalisti oturmağa yer tapmaqda çətinliklə üzləşdi.  Sözün açığı, eyni hallar ölkədaxili yarışlarda baş tutsaydı, önəm verməz “əşi, onsuz da özümüzük” deyib keçərdim.  Amma bu görüşün beynəlxalq səviyyəli olduğunu nəzərə alsaq, növbəti turlarda təkrarlanacağı halda ölkəmizin imicinə ciddi zərbə vura bilər.

Biz də bununla bağlı “İnter” klubunun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxlayıb, problemin nədən qaynaqlandığını və nə vaxta kimi həll oluna biləcəyi ilə maraqlandıq: “Bununla bağlı cavabdeh şəxslər var. Yəni ki, polis tribunaya qalxanları hər iki tərəfdən yoxlayıb buraxmalıdır.  Bu da müəyyən mənada nəzarətsiz qalmışdı, ona görə də camaat gəlib doluşdu.  Biz hər nə qədər onları media üçün ayrılmış yerlərdən çıxartsaq da, yenə də müxtəliif yollarla ora daxil olurdular. İnsanların çox olması nəzarəti çətinləşdirirdi.  (Ədalət naminə, Səbuhi bəyin bu mənada haqlı olduğunu qeyd etmək lazımdır. Belə ki,  o hələ oyun başlamamışdan öncə bir neçə azarkeşlə mübahisə edib onları press-lojadan uzaqlaşdırmağa müvəffəq oldu. Eləcə də, bir neçə həmkarımızın müraciətindən sonra klubun direktoru Müzəffər Novruzəliyev mətbuatla uzaqdan-yaxından əlaqəsi olmayanları media sektordan uzaqlaşdırmaq üçün hərəkətə keçdi. Amma təəssüf ki, bu cəhdlərin ciddi effekt verdiyini söyləməklə haqsızlığa yol vermiş olarıq). Onu da qeyd edim ki, UEFA bunla bağlı bizə heç bir irad bildirməyib.  Tablo necə pis işləyirdi ki? Vaxt gedir, hesab da göstərilmişdi.  Tablo ilə bağlı hər hansı problem yox idi. Yalnız oyun qurtaranda dayandı. İlk hissədə vaxt işləmirdi? Onu daha deyə bilmərəm, yəqin texniki problemlərlə bağlı məsələ idi. Oyunda şərhçi var idi, görüş başlananda heyətlər də açıqlandı, sadəcə olaraq, mikrofonla bağlı bəzi nüanslar var idi, ona görə səsi yaxşı eşidilmirdi. Süfrə məsələsini mən deyə bilmərəm. Allah verəndən nə olub, imkanımız nəyə çatıb, təşkil etməyə çalışmışıq. Biz, ümumiyyətlə, heç vaxt yemək verməmişik.  Əksər hallarda jurnalistlərə çay, su təqdim etməyə çalışmışıq.  Heç bir yerdə nəzərdə tutulmayıb ki, mətbuata yeyib-içmək verəsən”.

 

 

Ürfan Məmmədzadə

Son yazılar

To Top