Bu gün Topaz Premyer Liqasında XVIII tura və turnirin ilk yarısına yekun vuralacaq.
Korner.az-ın məlumatına görə, qarşəlaşmalardan ikisi Bakıda, biri isə əyalətdə keçiriləcək.
Gəncədə müstəqillik dövrünün iki "veteran"ı – "Kəpəz" ilə "Neftçi" arasında keçiriləcək görüş turnir cədvəlinmin ilk beşliyindəki sıxlığı aradan qaldırmaq baxımından da diqqət mərkəzində olacaq.
20 dekabr (bazar)
14:00. "Kəpəz" – "Neftçi" 1:1
Qollar: Tərlan Quliyev, 15 // Cavid İmamverdiyev, 47.
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu
15:00. AZAL – "Zirə" 1:0
Qol: Tagim Novruzov, 14-pen.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
AZAL Arena
16:30. "İnter" – "Xəzər Lənkəran" 2:0
Qollar: Zurab Xizanişvili, 27. Elnur Abdullayev, 47.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
“İnter Arena”