"Xəzər Lənkəran" qış transfer pəncərəsində üçüncü transferini reallaşdırır.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-yaşıllar"ın düşərgəsində olan 22 yaşlı xorvat qapıçı İvan Coviçlə müqavilə imzalanacaq.
Coviç vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.