II Liqa: tura start verildi
04.12.2023 , 18:08

Bu gün Azərbaycan II Liqasında XIII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Qusar” “Sheki City”ni, “Ağdaş” isə “Şəfa”nı məğlub edib. “Füzuli” Qax səfərindən üç xalla dönüb.
Azərbaycan II Liqası
XIII tur
4 dekabr
Qusar – Sheki City 2:1
Qollar: Eşqin Tağıyev, 61, Firudin Ağalarov, 89 – Ravil Yusifli, 29
Kürmük Qax – Füzuli 0:2
Qollar: Təmraz Əmircanov, 18 (pen.), Ceyhun Cavadov, 88
Şəfa – Ağdaş 1:2
Qollar: Sahib Cümşüdov, 26 – Mehman İbadov, 60 (avtoqol), Aqil Mirzəyev, 77
