big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İdman mətbuatındakı “üç meymunlar” (YAZI)

28.07.2013 , 10:30

…Bədbəxt nəsil. “Neftçi”li, “Xəzər Lənkəran”lı, .., “Bakı”lı nəsil. Təpədən-dırnağa axtalanmış nəsil. Jurnalist adına ləkə olan nəsil…

…Lənkəranda “Slima”yla oyundan sonra Toşakın bir jurnalistə “bəyənmirsən, get Bakıdakı oyunlara bax” deməsinə susan, elə yenə Lənkəranda “Fənər”li xanımın göstərişindən sonra mühafizəçilərin korner.az-ın əməkdaşını stadiondan çıxarmasına gözünü bağlayan, elə yenə Lənkəranda mühafizəçinin adını dəqiqləşdirə bilmədiyim jurnalistə “çıxarıq çölə sənə başa salaram” deməsinə kor olan, lal olan bədbəxt sürüsü…

…Biriniz azarkeşliyinizlə, biriniz “poyezdka”yla, o biriniz reklamla axtalanmısız. Və siz “jurnalistəm” deyəcək qədər əbləhsiz. Və siz bir saytın, bir kollektivin rəhbərisiz, ya da rəhbəri olmağa iddialısız. Axtalanmışın oğlu nə olacaq, düşündüzmü..?

…Siz düşünürsüz ki, o mühafizəçi sizi heç vaxt “razborka”ya çağırmayacaq və siz əbədiyyən “Xəzər Lənkəran”dan reklam alacaq, Toşakın dolağına keçməyəcək, rəhbərliyin səxavət qanadları üstündə hər il “poyezdkalar”da olacaqsız?

…“Slima”yla oyundan sonra Toşakın öz məhəllə uşağıymış kimi jurnalistlə məzələnməsindən indi yox, daha tez xəbər tuta bilərdim. Gətirdiyi onlarla əsasa rəğmən, əminəm, adamı içindəki sevgi susdurmuş… Və yenə min təəssüf, bir həftə əvvəl korner.az-ın əməkdaşının məruz qaldığı zorakılığa susdu həmkarlarım, 4 gün sonra bir başqası üzləşdi həmin zorakılıqla. Bir həftə sonra yenə olacaq bunlar. Nə qədər ki, siz axtalılar içimizdəsiz, məşqçilər məzə çırtladacaq, “kəlpeysər” mühafizəçilər “xod” gedəcəklər. Bunlar olarkən siz redaksiyalarınıza reklampulunun və “poyezdka”nın şirinliyi, içinizdəki azarkeşlik “xalta”sıyla qayıdacasız. Gələn ay alacağınız pulu düşünəcəksiz, ya da mühafizəçinin təpiyini unudub sevimli komandanızın ogünkü qələbəsinə sevinəcəksiz, ya da “növbəti toplanış filan ölkədə olsaydı, zor olardı, orda olmamışam heç” düşüncəsi xumarlandıracaq sizi, hər şeyi unudacaqsız…

…“Makkabi”ylə oyundan sonra mühafizəçinin qoçuluq elədiyi kadrları əsəb və qəzəb içində izlədim. Aşağıda siz də izləyəcəksiz. Mühafizə xidmətinə tapşırıq gəlib ki, koridora heç kim buraxılmasın, hətta jurnalistlər də. Okey, ola bilər… Bir həmkarımsa mühafizəyə sual verir: “İçəri buraxmayacaqdızsa, bunu (akkreditasiyanı nəzərdə tutur) niyə vermisiz?” İlk baxışdan izahı çox aydın, qıcıq yaratmayan sualdı. Bəlkə heç o media nümayəndəsi “yuxarı”dan gələn əmrsin səbəbini bilmir… Bu sualın müqabilində mühafizəçinin nə oyun çıxardığını, jurnalistə nələr dediyini özünüz izləyin. Hə, bir də bütün bunlar olarkən ətrafdakı “səssiz quzular”ı, o anlarda mətbuat işçilərinin yanında olmalıykən mühafizənin arxasında dayanan klubun mətbuat katibini…

…İçinizdəki “üç meymunu”, boynunuzdakı “xalta”nı çıxardın. Eşidin, görün, danışın. Siz bunun üçün lazımsız cəmiyyətə…

P.S. İştirakçısı olduğum iki hadisəni də yazmadan bitirməyəcəm. Məqsəd özünü göstərmək deyil, amma hərə öz tərbiyəsinə görə düşünsün…

“Bakı”nın xatırlamadığım, ancaq namünasib nəticə qazandığı oyunlardan birindən sonra keçirilən mətbuat konfransında, hafizəmi nə qədər zorlasam da, xatırlaya bilmədiyim bi mətbuat nümayəndəsinin sualına, kinayəli şəkildə “səni tanımıram, əvvəllər mətbuat konfranslarında olmamısan, indi mənə sual verirsən?” sualıyla cavab verdi. Dözmədim, “kim olmasının nə dəxli var, konfrans otağına buraxılıbsa, deməli, jurnalistdi və siz onun sualını cavablandırmalısız” – dedim. Bandoviç sualı cavablandırdı…

Yenə həmin yerdə – “Bakı”nın bazasında bir oyundan sonra jurnalisti fitlə çağıran PFL-in mühafizəçisi həmkarımın buna təbii reaksiyasından bir az da cuşa gəldi. Ancaq konfransda iştirak edən jurnalistlərin hamısı həmrəylik nümayiş etdirincə geri çəkildi və üzr istədi…

Saleh Arslan
 

Son yazılar

To Top