“İddialı qrupa düşdük” – Qurban Qurbanov
26.08.2022 , 18:42

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Korner.az xəbər verir ki, “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) birgə G qrupunda yer alan “atlılar”ın çalışdırıcısı bunları söyləyib:
“İddialı qrupa düşdük. Hər bir komandanın iddialı olacağı şübhə doğurmur. “Frayburq”la “Nant” “böyük beşlik” təmsilçiləridir. “Olimpiakos” da həmişə iddialı olub. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. Bu komandaların hər birini yaxından tanımağa və düzgün hazırlaşmağa çalışacağıq. Həmişə dediyim kimi, rəqiblərimiz üzərində müsbət nəticə əldə etməyə cüzi də şansımız varsa, ondan maksimum istifadə edəcəyik. İnanıram ki, bizi qarşıda maraqlı rəqiblərə qarşı maraqlı oyunlar gözləyir. Hər bir komandanın özünəməxsus, fərqli oyun üslubu olur. Futbolçularımla birlikdə bu komandalara qarşı yaxşı oyun göstərmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
