big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İDDİA: Milliyə verilən mükafatdan AFFA-nın yüksək çinli məmurları da pay götürür(?!)

16.09.2013 , 11:06

Ötən həftənin ən çox müzakirə olunan mövzusu milli adı verilən komandanın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail yığmasıyla heç-heçə etdiyinə görə aldığı mükafat oldu. Mətbuat bu haqda yazdı. Hər futbolçuya 50-60 min manat pul verildiyi deyildi. Ancaq AFFA-dan bu məbləğlə bağlı təkzib gəlmədi. Əksinə, Assosisasiyanın I vitse-prezidenti Rauf Əliyev “50 deyil, 150 min də alsalar, halal xoşları olsun” şəklində açıqlamasıylı müdafiəçi qismində çıxış etdi. Əliyev tək deyildi, AFFA-dan çoxları mükafat mövzusunu qabardan jurnalistləri qınayıb başqalarının pulunu saymaqda ittiham elədilər. Təbii, məqsəd başqasının pulunu saymaq deyil. Amma müəlliminin, həkiminin aylıq maaşı 200-250 manat olan ölkədə 90 dəqiqə üçün ödənilən 50 min manatın müzakirəyə çıxarılması niyə bu qədər absurd görünsün? Yaxud 90 dəqiqəyə 50 min manat qazananların bu qədər müdafiə olunmaları deyilmi əslində absurd olan?

Almanlarla özümüzünkülər arasında fərq

Mətbuatda futbolçular üçün nəzərdə tutulan məbləğ barədə yazılsa da, məşqçilər korpusu, tibbi personal və digər texniki işçilər diqqətdən yayındı. Halbuki bu cür mükafatlandırmalarda bütövlükdə komanda üzvləri nəzərə alınır. Biz AFFA-ya yaxın mənbədən yalnız həkimlər üçün nəzərdə tutulmuş məbləği öyrənə bildik. Və növbəti dəfə “əcnəbi sevgimiz”in şahidi olduq…

Biz bütün sahələrdə beləyik: əcnəbiləri həmişə özümüzünkülərdən üstün tutmuşuq. Adi fəhləlikdən tutmuş-yüksək vəzifəyədək, azərbaycanlıyla əcnəbinin maaşı, mükafatı arasında sıldırımlı dağlar qədər fərq olub. AFFA da bu mərəzin içindədi. İsraillə heç-heçəyə görə komandanın azərbaycanlı həkimlərinə 30 min, əcnəbilərə 40 min verilməsi milli heysiyyətlə oynamaq deyilsə, nədi?!

Qara qızın dərdi var

Girişdə yazdıq: əslində absurd görünməli olan məsələ futbolçulara 90 dəqiqə üçün 50 min manat verilməsini müzakirəyə çıxarmaq yox, komanda üzvlərinə bu qədər yüksək məbləğ verilməsinin təbii qarşılanması, hətta müdafiə olunmasıdı. Və təbii, bu cür müdafiəetmələr, təbii qarşılamalar əsassız ola bilməz. Əldə etdiyimiz məlumat da bunu deyir. Mənbəmiz iddia edir ki, mükafat məbləğinin bu dərəcədə şişirdilməsində əsas maraqlı tərəf elə müdafiəçi qismində çıxış edənlərdi. Belə ki, mükafatlandırmadan təkcə komanda üzvlərinə deyil, onlara da pay düşür. Mükafat fondu şişdikcə onların payı da artır. Onlar dedikdə AFFA-nın yüksək çinli məmurlarının nəzərdə tutulduğunu anlayırsız, yəqin ki…

Məsələylə bağlı AFFA-nın Mətbuat və ictimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun da mövqeyini öyrəndik. Mikayıl bəy mükafatın sadəcə komanda üzvləri arasında bölündüyünü və komanda xaricində heç kimin mükafatdan pay almadığını iddia etdi: “Mükafat yalnız komanda üzvlərinə verilir. Komandaya dəxli olmayan heç kimə mükafat fondundan pay düşmür. Hətta mənim özümə də”.

Saleh Arslan

Son yazılar

To Top