big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İcraiyyə Komitəsinin iclası – FOTO

06.03.2015 , 13:25

AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən növbəti iclasında bir sıra qərarlar qəbul olunub.


Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aparılmış müzakirələrdən sonra 21 və 23 yaşlı futbolçuların maaşı, növbəti mövsümdən Premyer Liqada komandaların sayı və digər məsələrlə bağlı aşağıdakı qərarlar qəbul edilib.


1. 2015/2016-cı il mövsümündən başlayaraq Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:

Klubun aktivindən xalların silinməsi
Maliyyə sanksiya
Futbolçunun diskvalifikasiyası
 
2. 2015/2016-cı il mövsümündə Azərbaycan Premyer Liqası klublarının sayı 10 klub olaraq müəyyənləşdirilsin. Cari mövsümdə Premyer Liqada sonuncu pilləni tutmuş komanda çıxışını Birinci Divizionda davam etdirsin. Birinci Diviziondan Azərbaycan Premyer Liqasına AFFA-nın Lisenziyalaşdırma qaydalarına uyğun gələn və Birinci Divizionda müvafiq yerləri tutan 2 klub yüksəlsin.
 
3. 2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar  AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçirilsin.
 
4. Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunaraq keçirilməsi və bundan irəli gələn məsələlərin həlli AFFA-nın Məşqçilər Komitəsi və Peşəkar Futbol Liqasına tapşırılsın.

Son yazılar

To Top