“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç karyerasında beşinci komandada het-trik edib.
Korner.az-ın məlumatına görə, ulduz futbolçu bunu dünən gerçəkləşdirib.
Avropa Liqasının 1/16 final mərhələsində “Sent-Etyen”lə oyunda 3 qol vuran Zlatan karyerasında daha əvvəl 4 komandada etdiyini təkrarlayıb:
1. Mançester Yunayted
2. PSJ
3. Milan
4. Yuventus
5. İsveç yığması