İsveçdə Zlatan İbrahimoviçin şəxsi muzeyi inşa ediləcək.
Korner.az-ın məlumatına görə, bu barədə İsveçin “Dagens Nyheter” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Viqo Koulinq adlı jurnalist Malmöda İbrahimoviçin şəxsi muzeyini açmaq təklifini irəli sürüb. Muzeydə təcrübəli futbolçunun karyerasının əvvəlindən geyindiyi formalar, qazandığı mükafatlar və s. əşyalar yer alacaq.
Xatırladaq ki, bir neçə gün öncə onun adına “Google” nəzdində axtarış sistemi də istifadəyə verilmişdi.
