Futbol dünyasının 2 məhşur ulduzu Ronaldo və İbrahimoviç bu dəfə portuqaliyalı futbolçunun doğum günü təbriki ilə gündəmə gəliblər.
Korner.az-ın məlumatına görə, isveçli futbolçu şəxsi “Tvitter” hesabından Ronaldonun ad gününü təbrik edib. Belə ki, Zlatan sosial şəbəkədə “Zlatanla “dimdikləş” yazılı qısaqol köynək göndərəcəyini bildirib.
Kriştiano Ronaldo isə buna cavab olaraq İbrahimoviçə təşəkkür edib və köynəyin ona daha çox yaraşacağını deyərək isveçli futbolçuya meydan oxuyub.
