İbrahimoviç karyerasını bitirmək istəmir
02.06.2023 , 20:59
“Milan”da çıxış edən 41 yaşlı dünya şöhrətli ulduz Zlatan İbrahimoviç daha 1 il futbola davam etməyi planlaşdırır.
Korner.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq Zlatan zədə səbəbindən bu mövsüm cəmi 4 oyuna çıxıb.
Buna görə isveçli hücumçunun futbolu tərk etmək fikri yoxdur.
O, İtali mətbuatına açıqlamasında futbola davam edəcəyini bildirib.
Mina Musayeva